Xəbər

CovidGreenPass.jpg

Ziyarətçilər üçün yeni qaydalar: 1 dekabr 2021-ci ildən kazinoya daxil olarkən COVID "Yaşıl keçid" tələb olunur


30-11-2021

2021-ci ilin dekabrın 1-dən qonaqlardan hər biri Covid 19 “yaşıl pasportu” mobil aplikasiya ilə, QR kodun fotosu və ya çap edilmiş variantla kazinoya giriş zamanı təqdim etməlidir. Covid 19 “yaşıl pasportu” olmayanlar isə kazinonun girişində Covid antigen (sürətli) testini verməlidirlər.

Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Milli Mərkəzinə əsasən, 2021-ci ilin dekabrın 1-dən etibarən qonaqlardan hər biri kazinoya giriş zamanı Covid 19 “yaşıl pasportu” təqdim etməlidirlər. Sözügedən pasport şəxsin yaşıl statusu haqqında məlumatdan ibarətdir, bunda vaksinasiya statusu, PCR testin tarixi, antigen testin tarixi və şəxsiyyətin SARS-CoV-2 infeksiyasının tarixi barədə məlumat verilir. Onu mobil aplikasiya vasitəsilə, QR kodun fotosu və ya çap edilmiş variantla təqdim etmək olar. Qonağın Covid 19 “yaşıl pasportunun” olmadığı halda, kazinonun girişində antigen testi verməlidir.

Geri